İranın Ali Məhkəməsi müxalif jurnalist barəsində edam qərarını təsdiqləyib

İranın Ali Məhkəməsi müxalif jurnalist barəsində edam qərarını təsdiqləyib
# 15 sentyabr 2020 16:30 (UTC +04:00)

İranın Ali Məhkəməsi İran dövlətinə müxalif jurnalist barəsində edam qərarını təsdiqləyib.

İran Ali Məhkəməsi daha əvvəl edam cəzasına məhkum edilmiş Ruhullah Zəm haqqındakı hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün İran Ali Məhkəməsinin sədri Əhməd Murtəzəvi Müqəddəm qərarın qüvvədə saxlandığını açıqlayıb.

Muqəddəm sentyabrın 15-də İranın Ali Məhkəməsinin Hakimləri Baş Assambleyasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib: “Ali Məhkəmənin hakimləri işə baxdıqdan sonra təqsirləndirilən şəxs barəsində qərar çıxarıblar və məhkəmə qərarı elan ediləcək”.

Qeyd edək ki, İranda ötən ilin oktyabr ayında həbs olunan “Amadnews” saytının rəhbəri Ruhullah Zəm bu ilin iyun ayında edama məhkum olunub.

R. Zəm 2009-cu ilin Prezident seçkilərindən sonra müxalif fəaliyyətə başlayıb. O, İranda tanınmış ruhani Məhəmməd Əli Zəmin oğludur. Ruhullah Zəm bir müddət İranda həbsdə olub, daha sonra Malayziyaya, Fransaya qaçıb və oradan İran əleyhinə materiallar yayımlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR