İranın Ali Rəhbəri 1849 məhkumu əfv edib

İranın Ali Rəhbəri 1849 məhkumu əfv edib
  • Clock-gray 11:14
  • calendar-gray 29 Mart 2021

İranın Ali Rəhbəri ayətullah Xamenei 12 Fərvərdin İslam Respublikası günü münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.

APA-nın Tehran bürosunun məlumatına görə, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərlə bağlı həbs edilmiş şəxslərdir.

Qeyd edək ki, İranın Məhkəmə Sisteminin rəhbəri Seyid İbrahim Rəisi qeyd olunan bayramlarla əlaqədar olaraq, Ayətullah Xameneiyə məktubla müraciət edib. Məktubda 1849 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.

Süleyman Fərzəliyev

Digər xəbərlər