İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulub.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbədən məlumat verilib.
Atəş zamanı 4 İraq hərbçisinin yaralandığı bildirilib.
Qeyd edilib ki, ABŞ hərbi kontingentinin də olduğu "Balad" hərbi bazasına naməlum mənbədən alınan “Katyusha” qurğularından 5 raket atılıb. Yaralananlardan 2-si zabitdir.