İraqla Küveytin sərhədində partlayış törədilib

İraqla Küveytin sərhədində partlayış törədilib
# 11 avqust 2020 04:02 (UTC +04:00)

İraqla Küveyt sərhədi yaxınlığında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə “Reuters” İraq təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, partlayış şiə qruplaşması üzvlərinin silahlı hücumu nəticəsində baş verib. Hücumun hədəfi ABŞ hərbi texnikasının konvoyu olub.

Yaralananlar və ölənlər barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR