İtaliyanın Baş Naziri Liviya məsələsini müzakirə etmək üçün Ərdoğanla görüşəcək

İtaliyanın Baş Naziri Liviya məsələsini müzakirə etmək üçün Ərdoğanla görüşəcək
# 10 yanvar 2020 16:32 (UTC +04:00)

İtaliyanın Baş Naziri Cüzeppe Konte Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, Baş Nazir yanvarın 13-də Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə Liviya məsələsi və ikitərəfli münasibətlər müzakirə olunacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və Ərdoğan 12 yanvardan etibarən Liviyada atəşkəs elan olunması ilə bağlı çağırış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR