KİV: Prezident və sabiq Baş Nazir Beyrut limanında təhlükəli yüklərin varlığından xəbərdar olub

KİV: Prezident və sabiq Baş Nazir Beyrut limanında təhlükəli yüklərin varlığından xəbərdar olub
# 11 avqust 2020 11:40 (UTC +04:00)

Livan Prezidenti Mişel Aun və ötən gün istefa verən Baş Nazir Həsən Diab Beyrut limanında partlaya bilən təhlükəli yüklərin olması ilə bağlı hələ iyul ayında ölkənin xüsusi xidmət orqanları tərəfindən məlumatlandırılıblar.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” Livanın güc strukturlarına istinadən məlumat yayıb.

Məlumat da liman ərazisində 2.7 min ton ağırlığında ammonium nitrat duzu olmasının paytaxt üçün təhlükə yarada biləcəyi bildirilib. İyulun 20-də Prezident və Baş Nazirə komissiya tərəfindən göndərilən məktubda təhlükəli yüklərin limandan çıxarılmasının vacibliyindən danışılıb. Bu maddənin oğurlanacağı təqdirdə terror hücumu məqsədi ilə istifadə edilə biləcəyi də istisna edilməyib.

Beyrut limanının direktoru və gömrük xidmətinin rəhbəri Bədri Daxer isə avqustun 5-də açıqlayıb ki, Livan gömrüyü və İctimai Təhlükəsizlik Baş İdarəsi limanın ərazisindən təhlükəli yüklərin çıxarılması üçün müraciət edib, lakin onların bu müraciəti 6 il ərzində cavabsız qalıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 160-a yaxın şəxs ölüb, 6 mindən çox insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR