Koronavirusa qarşı “Sputnik V” peyvəndinin 500 min dozalıq partiyası İrana çatdırılıb

Koronavirusa qarşı “Sputnik V” peyvəndinin 500 min dozalıq partiyası İrana çatdırılıb
# 04 fevral 2021 18:14 (UTC +04:00)

İranın Rusiyadan aldığı koronavirusa qarşı “Sputnik V” peyvəndinin yarım milyon dozalıq partiyası paytaxt Tehrana çatdırılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, peyvəndin ilk partiyasını daşıyan “Mahan” aviaşirkətinə məxsus təyyarə İmam Xomeyni hava limanına enib.

İran Rusiya istehsalı olan “Sputnik V” vaksinlərindən 2 milyon doza sifariş verib.

Yerdə qalan hissənin də yaxın günlərdə İrana gətiriləcəyi və vaksinasiya prosesində istifadə olunacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR