Lavrov və Şoyqu sabah Türkiyəyə səfər edəcək - YENİLƏNİB

Lavrov və Şoyqu sabah Türkiyəyə səfər edəcək - YENİLƏNİB
# 13 iyun 2020 18:50 (UTC +04:00)

Rusiyanın Xarici İşlər və Müdafiə nazirləri regional problemlərlə bağlı məsləhətləşmələr üçün sabah Türkiyəyə səfər edəcəklər.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə , bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat Departamenti məlumat yayıb.

"Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə olunan razılığa əsasən Sergey Lavrov və Sergey Şoyqunun rəhbərlik etdikləri Rusiya nümayəndə heyəti qarşılıqlı maraqların olduğu regional problemlərlə bağlı məsləhətləşmələr aparmaq üçün iyunun 14-də Türkiyəyə səfər edəcək", - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

***

saat 18:28

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu sabah Türkiyəyə səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin NTV televiziyası məlumat yayıb.

Rusiyalı nazirləri İstanbulda həmkarları Mövlud Çavuşoğlu və Hulusi Akar qəbul edəcək.

Nazirlərinin toplantısında əsasən Liviya və İdlib mövzusunda müzakirələr olacağı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR