Livanda etiraz aksiyaları zamanı 35 nəfər xəsarət alıb

Livanda etiraz aksiyaları zamanı 35 nəfər xəsarət alıb
# 16 yanvar 2020 04:55 (UTC +04:00)

Beyrutdakı Sakanet Hulu polis idarəsinin qarşısında baş verən qarşıdurmalarda azı 35 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Livanın Qırmızı Xaç ofisinin məlumatında deyilir.

“Hazırda 35 nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdirilib. 10 nəfərə yerindəcə yardım göstərilib”, - deyilir.

Bildirilir ki, qarşıdurmalar Korniş əl-Mazraa küçəsindəki polis binası yaxınlığında meydana gəlib. Nümayişçilər gün boyu polis binasının qarşısında toplaşaraq, çərşənbə axşamı həbs olunan tərəfdaşlarının sərbəst buraxılmasını tələb ediblər. Axşam saatlarında gələn onlarla etirazçı polis binasına daş və fişəng atmağa başlayıb. Jandarmalar öz növbəsində etirazçıları dağıtmaq və fəalları həbs etmək üçün gözyaşardıcı qazdan və güc tətbiqindən istifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR