Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında görüş başa çatıb

Moskvada İdliblə bağlı Rusiya və Türkiyə arasında görüş başa çatıb
# 18 fevral 2020 15:49 (UTC +04:00)

Moskvada İdliblə bağlı Rusiya və Türkiyə nümayəndə heyətləri arasında keçirilən görüş başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Görüşdən sonra Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvada İdliblə bağlı aparılan danışıqlar haqda danışıb. O bildirib ki, qarşılıqlı şəkildə atəşkəsin bərpa edilməsi, Soçi razılaşmasına əməl edilməsi və digər məsələlər müzakirə edilib.

“Moskvada aparılan danışıqlarda nəticə əldə olunmasa, qarşıdakı günlərdə liderlər səviyyəsində görüşlər keçirilə bilər”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR