Myanmada aksiyalar zamanı daha 2 nəfər öldürülüb

Myanmada aksiyalar zamanı daha 2 nəfər öldürülüb
# 14 mart 2021 13:06 (UTC +04:00)

Bu gün Myanmanın müxtəlif şəhərlərində yenidən aksiyalar keçirilib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyalarda hərbi çevrilişə qarşı şüarlar səsləndirilir, ölkənin seçilmiş lideri Aunq San Su Çji və digər rəsmilərin azadlığa buraxılması tələb olunur.

Təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində ən azı 2 aksiya iştirakçısı həyatını itirib. Onlardan biri Baqo, digər isə Xpakant şəhərində öldürülüb.

Qeyd edək ki, aksiyalar fevralın 6-dan başlayıb və indiyə qədər toqquşmalar zamanı 80-dən çox insan həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR