Myanmada indiyədək 1,3 min nəfər etirazlar zamanı saxlanılıb

Myanmada indiyədək 1,3 min nəfər etirazlar zamanı saxlanılıb
# 03 mart 2021 08:19 (UTC +04:00)

Myanmada hərbçilər hakimiyyətə gəldikdən sonra 34 jurnalist də daxil olmaqla, təxminən 1,3 min nəfər saxlanılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Myanmada siyasi məhbuslara yardım cəmiyyəti bildirib.

“2 mart tarixinə qədər 1294 nəfər saxlanılıb. Hazırda 988 nəfər nəzarət altındadır, bunların arasında 4 nəfər həbs cəzasına məhkum olunub”, - məlumatda belə deyilir.

Etiraz mitinqlərində sərt reaksiya nəticəsində təxminən 30 nəfərin öldüyü deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR