Myanmada polislə etirazçıların qarşıdurmasında 2 nəfər ölüb, 20 nəfər yaralanıb

Myanmada polislə etirazçıların qarşıdurmasında 2 nəfər ölüb, 20 nəfər yaralanıb
# 21 fevral 2021 08:19 (UTC +04:00)

Myanmadakı hərbi çevrilişə qarşı keçirilən etiraz aksiyaları zamanı polislə qarşıdurmada iki nəfər ölüb, daha 20 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, etiraz aksiyaları zamanı polis və hərbçilər aksiyaları dağıtmaq üçün nümayişçilərə atəş açıblar. Şahidlər bildirir ki, hadisə zamanı tək rezin güllələrdən deyil, döyüş güllələrindən də istifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR