SEPAH Komandanı: “Həyatımda heç vaxt belə utanmamışam”

SEPAH Komandanı: “Həyatımda heç vaxt belə utanmamışam”
# 13 yanvar 2020 04:16 (UTC +04:00)

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Komandanı Hüseyn Salami səhvən vurulan Ukraynaya məxsus sərnişin təyyarəsinə görə üzr istəyib.

APA İSNA-ya istinadən xəbər verir ki, H.Salami məlum hadisə ilə bağlı “Həyatımda heç vaxt belə utanmamışam. Səhv etdik və bu səbəbdən çox sayda həmyerlimiz həlak oldu”, deyə üzrxahlıq edib.

O bildirib ki, həmin gecə Fars körfəzindəki bütün ABŞ təyyarələri və vertolyotlar havaya qaldırılmışdı: “Hamımız müharibə şəraitində idik”.

Xatırladaq ki, Ukraynaya məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də SEPAH tərəfindən vurulub. Qəzada 176 nəfər İran, Ukrayna, Kanada, İngiltərə, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR