Sakit okeanda 6,6 maqnitudalı zəlzələ qeydə alınıb

Sakit okeanda 6,6 maqnitudalı zəlzələ qeydə alınıb
# 11 fevral 2021 06:55 (UTC +04:00)

Fransanın dəniz ərazisi olan, Sakit okeanda yerləşən Luayote adaları qrupu ətrafında 6,6 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Yeni Kaledoniyanın inzibati mərkəzi Numea şəhərindən 530 km şərqdə qeydə alınıb. Ocağı isə 10 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR