Şirazda etiraz aksiyasının liderləri həbs olunub

Şirazda etiraz aksiyasının liderləri həbs olunub
# 29 noyabr 2019 17:38 (UTC +04:00)

İranın təhlükəsizlik qüvvələri Şirazda etiraz aksiyasının liderlərini saxlayıb.

APA-nın "Fars News"a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər Polis İdarəsinin rəis müavini açıqlamasında bildirib.

"Polis əməkdaşları son günlər iğtişaşları idarə edən xarici düşmən şəbəkələrlə əlaqədə olan doqquz əsas şəxsi həbs edib", - deyə o bildirib. Polis rəisinin müavini əlavə edib ki, saxlanılanlar ölkənin məhkəmə orqanlarına təhvil verilib.

Rəis müavini tutulanların hansı xarici dövlətlərlə əlaqədə olduğunu açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR