Səudiyyə Ərəbistanının 85 yaşlı kralına koronavirusa qarşı peyvənd vurulub

Səudiyyə Ərəbistanının 85 yaşlı kralına koronavirusa qarşı peyvənd vurulub
  • Clock-gray 07:12
  • calendar-gray 09 Yanvar 2021

Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdul Əziz Al Səuda koronavirusa qarşı peyvənd vurulub.

APA xəbər verir ki, bu barədə Səudiyyə mətbuatında məlumat dərs edilib. 

Peyvəndləmədən sonra 85 yaşlı karlın səhhəti barədə məlumat verilməyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanında “Pfizer/BioNTech” istehsalı olan peyvəndlər ötən ilin dekabrın əvvəlindən rəsmən qeydiyyatdan keçirilib. Ölkədə peyvəndləmə dekabrın 17-də başlayıb. Dövlət rəsmilərindən ilk olaraq -  dekabrın 25-də Səudiyyə vəliəhdi, Baş nazirin birinci müavini və müdafiə naziri Məhəmməd bin Salman Al Səud peyvənd edilib. 

apa-logo-mini

Digər xəbərlər