Suriyada baş vermiş partlayışda iki uşaq ölüb

Suriyada baş vermiş partlayışda iki uşaq ölüb
# 06 iyun 2020 06:23 (UTC +04:00)

Suriyanın şimalındakı Ras əl-Ayn şəhərində baş verən partlayışda iki uşaq ölüb, daha üç mülki şəxs yaralanıb.

APA xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi “SANA” məlumat yayıb.

Məlumata görə, axşam saatlarında türk hərbi qüvvələrinin və onların yerli tərəfdarlarının yerləşdiyi şəhərdə avtomobilə quraşdırılmış bomba partladılıb. Partlayış xəstəxana binasının yaxınlığında baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR