Tailandda 21 nəfəri qətlə yetirmiş əsgər təhlükəsizlik qüvvələri ilə atışmada öldürülüb - YENİLƏNİB

Tailandda  21 nəfəri qətlə yetirmiş əsgər təhlükəsizlik qüvvələri ilə atışmada öldürülüb  - YENİLƏNİB
# 09 fevral 2020 07:24 (UTC +04:00)

Tailandda onlarla insanı qətlə yetirən əsgər təhülkəsizlik qüvvələri tərəfindən məhv edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə bu barədə ölkənin səhiyyə naziri Anutin Jarnverrakul deyib.

***

00:12

Tailandda xüsusi təyinatlılar 20 nəfəri qətlə yetirmiş əsgəri ticarət mərkəzində tapa bilməyib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, polis silahlının gizləndiyi ticarət mərkəzinin bütün mərtəbələrini axtarsa da, onu tapa bilməyib.

Əsgərin ticarət mərkəzinin zirzəmisində gizlənə biləcəyi ehtimal edilir.

Tailand ordusunun hərbçisi 32 yaşlı Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə və iki əsgərə atəş açıb.

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb. İnsident nəticəsində 20 nəfərin öldüyü bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR