Tehranda dollar alqı-satqısı ilə məşğul olan 30 nəfər saxlanılıb

Tehranda dollar alqı-satqısı ilə məşğul olan 30 nəfər saxlanılıb
# 22 iyul 2020 14:38 (UTC +04:00)

İranın paytaxtı Tehran şəhərində dollar alqı-satqısı ilə məşğul olmaqda təqsirləndirilən 30 nəfər saxlanılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə paytaxt polisi məlumat yayıb. Bildirilib ki, xarici valyuta dəllalları şəbəkəsinin başçısı olan 30 nəfər Tehranda dolların süni bahalaşmasına səbəb olub.

Həmin şəxslərdən 274 min 630 dollar, 37 min 250 avro, 9 min 140 Türk lirəsi, 350 sterlinq, 1012 dirhəm və 10 bank kartı götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR