Türk Şurasının Baş katibi PKK-nın 13 Türkiyə vətəndaşını qətlə yetirməsini pisləyib

Türk Şurasının Baş katibi PKK-nın 13 Türkiyə vətəndaşını qətlə yetirməsini pisləyib
# 15 fevral 2021 18:15 (UTC +04:00)

Türk Şurasının Baş katibi Bağdad Amreyev İraqın şimalında PKK terror təşkilatının 13 Türkiyə vətəndaşını qətlə yetirməsini pisləyib.

APA-nın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.

“Türk Şurası və öz adımdan İraqın şimalında, Qara bölgəsində PKK terrorçuları tərəfindən 13 Türkiyə vətəndaşının xain şəkildə qətlə yetirilməsini şiddətlə qınayır və lənətləyirik. Bu alçaq hücumda həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, onların yaxınlarına və Türkiyə xalqına başsağlığı, yaralılara şəfa diləyirik. Türk Şurası terrorizmi insanlığa qarşı cinayət kimi qiymətləndirir və terrorla qanuni mübarizədə qardaş Türkiyəyə tam dəstəyini bir daha bəyan edir”, - deyə Türk Şurasının Baş katibi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR