Türkiyə-Bolqarıstan sərhədində İtaliyadan gələn yük maşınında 2 ton marixuana aşkarlanıb

Türkiyə-Bolqarıstan sərhədində İtaliyadan gələn yük maşınında 2 ton marixuana aşkarlanıb
# 11 fevral 2020 13:26 (UTC +04:00)

Türkiyə-Bolqarıstan sərhədində, Kapıkule sərhəd-keçid məntəqəsində yük maşınında 2 ton 70 kq marixuana aşkarlanıb.

APA-nın “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Ticarət naziri Ruhsar Pekcan bildirib.

Narkotik vasitə İtaliyadan Gürcüstana gedən yük avtomobilinə baxış keçirilən zaman aşkar edilib.

2 ton 70 kq marixuananın “qara bazar” qiyməti təxminən 124 milyon 220 min türk lirəsi (20 milyon ABŞ dolları) məbləğində müəyyən olunub.

Yük avtomobilinin sürücüsü saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR