Türkiyə Prezidenti Liviya Milli Barışıq Hökumətinin Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Liviya Milli Barışıq Hökumətinin Baş naziri ilə görüşüb
# 07 sentyabr 2020 04:18 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Liviya Milli Barışıq Hökumətinin Baş naziri Faiz Səracı qəbul edib.

APA-nın yerli bürosunun Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, görüş İstanbulda adminstrasiyanın Vahdettin köşkündəki ofisində baş tutub.

İki saat 35 dəqiqə davam edən görüşdə ikitərəfli əlaqələr və regional məsələlər müzakirə olunub.

Türkiyə və Liviyanın Şərqi Aralıq dənizində mənafelərinin qorunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş mətbuata qapalı keçirilib.

Xatırladaq ki, Faiz Sarac bu il iyulun 25-də də Türkiyəyə səfəri etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR