Türkiyə XİN ABŞ-da yaşanan gərginliklərlə bağlı mövqeyini bildirib

Türkiyə XİN ABŞ-da yaşanan gərginliklərlə bağlı mövqeyini bildirib
# 07 yanvar 2021 02:06 (UTC +04:00)

"Türkiyə ABŞ-da bütün tərəfləri daxili siyasi böhranı qət etmək və çözmək üçün soyuqqanlı və məntiqli davranmağa çağırır".

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatında bildirib.

Qeyd olunub ki, Türkiyə ABŞ-da Prezident seçkilərindən sonra yaşananları və bu gün Konqres binasına nümayişçilərin daxil olmasına qədər bütün prosesləri narahatlıqla izləyir.

Türkiyə ABŞ-dakı vətəndaşlarına izdihamlı və etiraz aksiyaları keçirilən məkanlardan uzaq durmağı tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR