Türkiyə bu mövsüm otel qiymətlərini qaldırmayacağını vəd edib

Türkiyə bu mövsüm otel qiymətlərini qaldırmayacağını vəd edib
# 02 avqust 2020 08:49 (UTC +04:00)

“Rusiya ilə uçuşlar bərpa edildikdən sonra Türkiyə otel qiymətlərini ötən ilki səviyyədə saxlayacaq”.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyə Otelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır açıqlamasında deyib.

O bildirib ki, mövcud qiymətlər tur operatorları ilə 2019-cu ildə imzalanan müqavilələrdə olduğu kimi qüvvədə olacaq: “Koronavirus pandemiyası səbəbindən bütün sahələrdə qiymət artımı müşahidə edilsə də bu, otel qiymətlərinə təsir etməyəcək. Bəzi otellər hətta müştəriləri cəlb etmək üçün qiymətləri azaldırlar”.

Federasiya rəhbəri əlavə edib ki, Türkiyə hökuməti pandemiyadan əziyyət çəkən sektorlara, o cümlədən turizm sənayesinə dəstək verir.

Qeyd edək ki, Rusiya avqustun 1-dən etibarən Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə uçuşları bərpa edib. Bu tarixdən etibarən Ankara və İstanbul kimi Türkiyənin iri şəhərlərinə uçuşlar başlayıb. Avqustun 10-dan isə Antalya, Bodrum və Dalaman kurort şəhərlərinə uçuşlar bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR