Türkiyə məktəblərində distant təhsilin müddəti uzadılıb

Türkiyə məktəblərində distant təhsilin müddəti uzadılıb
# 18 dekabr 2020 15:46 (UTC +04:00)

Türkiyədə yeni növ koronovirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində məktəblərdə distant təhsilin müddəti uzadılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ibtidai siniflər, orta ümumtəhsil məktəbləri və liseylərdə 2020/2021-ci tədris ili üzrə I yarım il 22 yanvar 2021-ci ilə qədər distant şəkildə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR