Türkiyə prezidenti: “Səhiyyə turizmilə bağlı artıq xaricdən ölkəmizə xəstə axını var”

Türkiyə prezidenti: “Səhiyyə turizmilə bağlı artıq xaricdən ölkəmizə xəstə axını var”
# 09 iyun 2020 00:14 (UTC +04:00)

“Xarici ölkələrdən ölkəmizə xəstələr gəlməyə başlayıb”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT1-ə müsahibəsində belə deyib.

Yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri çərçivəsində 45 günə tikilən xəstəxanalardan danışan prezident qeyd edib ki, İstanbulda Atatürk Hava limanı yaxınlığında inşa edilən Yaşılköy xəstəxanası həm də səhiyyə turizminə xidmət edəcək: “İstifadəyə verilən son xəstəxana ilə birlikdə bu, 11-ci böyük şəhər xəstəxanasıdır. İlin sonuna qədər 5 böyük xəstəxananın tikintisi tamamlanacaq. 30 şəhərimizdə xəstəxanalar dövlətin büdcəsindən pul xərcləmədən inşa olunub, təhvil veriləcək”.

Ərdoğan Türkiyədə istehsal edilən tənəffüs sistemi cihazları ilə bağlı 60 ölkədən sifariş aldıqlarını da qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR