Türkiyədə COVID-19-dan 94 nəfər ölüb

Türkiyədə COVID-19-dan 94 nəfər ölüb
# 11 fevral 2021 22:10 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 94 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 590 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 7 811, ağır xəstələr isə 1 256 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 564 427 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 453 096 nəfər sağalıb, 27 187 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR