Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb

Türkiyədə COVID-19-dan son sutkada 254 nəfər ölüb
# 21 dekabr 2020 20:34 (UTC +04:00)

“Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 254 nəfər ölüb.

Bu, COVID-19-dan ölüm üzrə Türkiyədə ən yüksək göstəricidir”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 19 103 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 18 351, ağır xəstə sayı isə 5192 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 043 704 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 1 835 705 nəfər sağalıb, 18 351 nəfər isə ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR