Türkiyədə koronavirusdan daha 84 nəfər ölüb

Türkiyədə koronavirusdan daha 84 nəfər ölüb
# 01 may 2020 20:18 (UTC +04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 84 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb. Nazir qeyd edib ki, son 24 saatda 41431 şübhəli koronavirus testindən keçib, onlardan 2188-nin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3258 nəfər ölüb, 122392 nəfər bu infeksiyaya yoluxub, 53808 nəfəri isə müalicə olunub. Bu gün 4922 xəstə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR