Türkiyədə koronavirusdan ən yüksək sutkalıq ölüm sayı qeydə alınıb

Türkiyədə koronavirusdan ən yüksək sutkalıq ölüm sayı qeydə alınıb
  • Clock-gray 21:06
  • calendar-gray 11 Dekabr 2020

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 226 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  koronavirus testində 208 873 nəfər keçib, simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 106 nəfər  COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.  

Ağır xəstə sayı 5952 olub. 

Qeyd edək ki, Türkiyədə dünəndən simptomları müəyyən edilməyən yeni koronovirus xəstələrinin ümumi sayı indiyədək 1780 673 nəfər qeydə alınıb, onlardan 15 977 nəfəri ölüb. 

 

Sevil Ünal Hilalqızı

Digər xəbərlər