Türkiyədə son sutkada koronavirusdan 44 nəfər ölüb

Türkiyədə son sutkada koronavirusdan 44 nəfər ölüb
# 31 avqust 2020 21:57 (UTC +04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 44 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 110 102 şübhəli koronavirus testindən keçib, onlardan 1587-nun cavabı pozitiv çıxıb, ağır xəstə sayı 961 nəfər olub, 1087 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 270 133 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 244 9268 nəfər sağalıb, 6370 nəfər ölüb.

Nazir ağır və aktiv xəstə, ölü sayının çoxluğundan narahatlığını ifadə edərək, bildirib ki, bu sayları azaltmaqda ən önəmli məsələ tədbirlərə düzgün əməl etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR