Türkiyədə sərnişin avtobusu aşıb, 23 nəfər yaralanıb

Türkiyədə sərnişin avtobusu aşıb, 23 nəfər yaralanıb
# 25 dekabr 2019 11:28 (UTC +04:00)

Türkiyədə 23 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın “Cümhuriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, yol qəzası Kayseri vilayətində qeydə alınıb.

Vandan Kayseri istiqamətində hərəkətdə olan sərnişin avtobusunun sürücüsü idarəetməni itirib, nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəza nəticəsində 23 nəfər xəsarət alıb.

Qəzaya yolun buz bağlamasının səbəb olduğu bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları və yanğınsöndürənlər cəlb olunub.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR