Türkiyənin keçmiş baş naziri beyin əməliyyatı keçirib

Türkiyənin keçmiş baş naziri beyin əməliyyatı keçirib
# 08 may 2020 05:12 (UTC +04:00)

Türkiyənin keçmiş baş naziri, Ana Vətən Partiyasının (ANAP) lideri Məsut Yılmaz beyin əməliyyatı keçirib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə keçmiş baş nazirin yaxınları xəbər verib.

Qeyd edilib ki, M.Yılmazın başında aşkarlanan şiş cərrahi yolla götürülüb və hazırda narkozun təsirindən ayılaraq özünü normal his edir.

Xatırladaq ki, 72 yaşlı M.Yılmaz keçən ilin yanvarında ağciyər xərçəngilə əlaqədar da əməliyyat keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR