Urmiya gölünün sahəsi iki dəfədən artıq genişlənib

Urmiya gölünün sahəsi iki dəfədən artıq genişlənib
# 28 dekabr 2020 13:05 (UTC +04:00)

“Urmiya gölünün sahəsi 2785 kvadrat kilometrdən çox genişlənib ki, bu da qeydə alınmış minimum həcmlə müqayisədə iki dəfə artım deməkdir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Urmiya gölünün Bərpası üzrə Qərargahın rəhbəri Fərhad Sərxoş deyib.

“Hazırkı vəziyyət 2014-cü illə müqayisədə 100 %-dən çoxdur. Suyun həcmi 3 260 milyard kubmetri keçib ki, suyun həcmi 2015-ci illə müqayisədə və gölün bərpası istiqamətində praktik tədbirlərə başlamazdan əvvəlkindən 5 dəfədən çox artıb”.

Qeyd edək ki, İran hökuməti 10 illik plan çərçivəsində 2015-ci ilədək 80%-i quruyan Urmiya gölünün bərpa proqramına başlayıb. 2021-ci ilin dövlət büdcəsində gölün bərpası üçün yalnız 498 milyon tümən vəsait ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR