Yaponiya koronavirusa görə ölkəyə girişi qadağan edəcək

Yaponiya koronavirusa görə ölkəyə girişi qadağan edəcək
# 26 dekabr 2020 19:56 (UTC +04:00)

Yaponiya hökuməti koronavirusun mutasiya olunmuş növünün yayılması səbəbindən ölkəyə girişini qadağan edəcək.

APA-nın Kyodo xəbər agentliyinə istinadən verdiyi məlumata görə, qadağa dekabrın 28-dən etibarən tətbiq olunacaq və 2021-ci il yanvarın sonunadək qüvvədə olacaq.

Qadağa yalnız qeyri-rezident xarici vətəndaşlara şamil olunacaq.

Vətəndaşlar və yaşayış icazəsi olan əcnəbilər ölkəyə qayıtdıqdan sonra iki həftəlik karantinə alınacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR