Yaponiyada koronavirusa yoluxanların sayı 6 mini keçib

Yaponiyada koronavirusa yoluxanların sayı 6 mini keçib
# 10 aprel 2020 17:02 (UTC +04:00)

Yaponiyada COVID-19 virusuna yoluxanların sayı 6 mini ötüb.

APA-nın "NHK" telekanalına istinadən verdiyi xəbərə görə, bununla da ölkədə virusa yoluxanalrın sayı 6009-a çatıb.

Son 24 saat ərzində ölkə ərazisində 464 yeni yoluxma faktı qeydə alınıb. Bu günədək Yaponiyada koronavirusdan 123 nəfər vəfat edib.

Ən çox yoluxma halı Tokyo prefekturasındadır. Burada son sutka ərzində 189 yeni yoluxma faktı aşkar edilib və ümumilikdə indiyədək yoluxanalrın sayı 1705 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR