Yəməndə hava limanına hücum nəticəsində ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB

Yəməndə hava limanına hücum nəticəsində ölənlərin sayı 27-yə çatıb - YENİLƏNİB
# 30 dekabr 2020 17:12 (UTC +04:00)

Yəmənin Ədən hava limanına hücum nəticəsində ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Bildirilib ki, hücum nəticəsində ən azı 27 nəfər həlak olub.

Yaralıların da sayı artıb və onların arasında yerli rəsmilər, o cümlədən ölkənin nəqliyyat nazirinin müavini də var.

Yəmənin Baş naziri Maeen Abdulmalik hadisəni terror aktı adlandırıb.

Qeyd edək ki, hücuma görə hələlik məsuliyyəti heç kim üzərinə götürməyib.

***

saat 15:32

Yəmənin Ədən hava limanında partlayış olub, ölənlər və xəsarət alanlar var.

APA-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, partlayış hökumətin yeni üzvlərini daşıyan təyyarə hava limanına endikdən sonra baş verib.

Partlayış nəticəsində 5 nəfər həlak olub, 20-dən artıq şəxs yaralanıb.

“Sky News”un xəbərinə görə, uçuş zolağında və hava limanının gözləmə zalında partlayış olub. Partlayışlardan sonra ərazidə atəş səslərinin eşidildiyi bildirilib.

İlkin məlumata görə, ölən və yaralananlar arasında hökumət rəsmiləri yoxdur. Yeni Baş nazir Maeen Abdulmalik də daxil olmaqla hökumət rəsmiləri təhlükəsiz şəkildə prezident sarayına çatıb.

Ölən və yaralananların sayının artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR