ABŞ və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib

ABŞ və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib
# 17 oktyabr 2019 21:45 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşündə müzakirə olunan məsələlər açıqlanıb.

APA-nın xəbərinə görə, Mayk Pens görüşdə müzakirə və qəbul edilən qərarları açıqlayıb. Tərəflər YPG qüvvələrinin təhlükəsiz bölgəyə daşınması üçün Türkiyənin hərbi əməliyyatları bir müddət dayandırmasına qərar verib. Pens deyib ki, YPG 120 saat ərzində ərazidən çəkiləcək.

ABŞ prezidenti də şəxsi "Twitter" hesabında Ərdoğana təşəkkür edib və "Türkiyədən gözəl xəbərlər var, milyonlarla həyat xilas olunacaq", - deyə yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR