Diyarbəkir Prokurorluğu HDP ilə bağlı araşdırmalara başlayıb

Diyarbəkir Prokurorluğu HDP ilə bağlı araşdırmalara başlayıb
# 08 sentyabr 2019 19:43 (UTC +04:00)

Türkiyənin Diyarbəkir Cümhuriyyət Baş Prokurorluğu Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir şəhər və rayon təşkilatları ilə bağlı araşdırmalara başlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, övladları terrorçular tərəfindən girov götürülərək dağlara qaçırılan 16 ailənin Diyarbəkirdə HDP qərargahı qarşısında keçirdiyi oturaq aksiyadan sonra bəzi valideynlər partiyanın üzvləri və tərəfdarları tərəfindən təhdid edilib.

Prokurorluq silahla təhdid edilən valideynlərin mətbuatda yer alan şikayətləri əsasında həmin şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması üçün istintaq araşdırmasına başlayıb. Araşdırma həm də uşaqları aldadaraq terror təşkilatına cəlb etdiyi iddia olunan HDP-nin Diyarbəkir şəhər və rayon təşkilatlarının rəhbərlərini də əhatə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR