Əfqanıstan Prezidentinin seçki mitinqində çıxışı zamanı partlayış törədilib, 24 nəfər həlak olub, 30-dan çox insan yaralanıb

Əfqanıstan Prezidentinin seçki mitinqində çıxışı zamanı partlayış törədilib, 24 nəfər həlak olub, 30-dan çox insan yaralanıb
# 17 sentyabr 2019 12:44 (UTC +04:00)

Bu gün Əfqanıstanın Parvan vilayətində partlayış törədilib.

APA-nın xəbərinə görə, bu barədə "Tolo News" məlumat yayıb.

Bildirilib ki, partlayış Əfqanıstan Prezidenti Əşrəf Qəninin seçki kampaniyası çərçivəsində keçirilən mitinq zamanı, Prezident çıxış edərkən baş verib.

Partlayış nəticəsində Ə. Qəni xəsarət almasa da, ilkin məlumata görə, 24 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.

Terror aktına görə, məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.

Qeyd edək ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR