Əfqanıstanda 4 hakim öldürülüb

Əfqanıstanda 4 hakim öldürülüb
# 07 noyabr 2019 16:02 (UTC +04:00)

Əfqanıstanın Loqar vilayətində dörd məhkəmə hakimi qətlə yetirilib.

APA-nın "TOLO News" agentliyinə istinadən verdiyi xəbərə görə, faktı yerli polis rəsmiləri təsdiqləyib.

Polisdən bildirilib ki, hakimlər həftəlik tətil üçün evə qayıdarkən onların olduğu avtomobil Məhəmməd Ağa rayonunun Baqi Abad bölgəsində yaraqlıların pusqusuna düşüb.

Polis hadisənin "Taliban" tərəfindən törədildiyini bildirsə də, hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR