Əfqanıstanda helikopter qəzasında iki ABŞ hərbçisi həlak olub

Əfqanıstanda helikopter qəzasında iki ABŞ hərbçisi həlak olub
# 20 noyabr 2019 10:11 (UTC +04:00)

Bu gün Əfqanıstanda helikopterin qəzaya uğraması nəticəsində ABŞ Ordusunun iki hərbçisi həlak olub.

APA-nın xəbərinə görə, bu barədə “Reuters” ABŞ hərbçilərinə istinadən məlumat yayıb.

“Qəzanın səbəbləri araşdırılır. İlkin araşdırmalara görə, helikopterin düşmən tərəfindən vurulduğunu söyləmək üçün heç bir əsas yoxdur”, - ABŞ tərəfinin yaydığı açıqlamada bildirilir.

Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR