Ərdoğan ABŞ-ın qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladığını təsdiqləyib

Ərdoğan ABŞ-ın qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladığını təsdiqləyib
# 07 oktyabr 2019 11:57 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın qoşunlarını Suriya-Türkiyə sərhədindən geri çəkməyə başladığını təsdiqləyib.

APA-nın xəbərinə görə, Serbiya səfərindən öncə keçirdiyi mətbuat konfransında bildirib ki, bu, yeni bir məsələ deyil.

“Bildiyiniz kimi, ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriya-Türkiyə sərhədindən geri çəkilməsi ilə bağlı lazımi göstərişlərini vermişdi. Sadəcə bu proses gecikirdi”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Suriyanın şimalında hərbi əməliyyatlara başlamaqda qətiyyətli olduqlarını bildirib. O qeyd edib ki, terror təşkilatlarının Türkiyəyə qarşı təhdidlərinin qarşısı alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR