Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 13 əməkdaşını öldürüb

Əfqanıstanda “Taliban” təhlükəsizlik qüvvələrinin 13 əməkdaşını öldürüb
# 20 iyul 2020 11:41 (UTC +04:00)

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin əməkdaşları öldürülüb.

APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şimalındakı Kunduz vilayətində “Taliban” döyüşçüləri nəzarət-buraxılış məntəqəsinə və yolda təhlükəsizlik qüvvələrinə hücum ediblər.

Hücum nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı 13 əməkdaşı öldürülüb, 10 nəfər yaralanıb.

Toqquşma zamanı “Taliban” da itki verib, lakin onların itkiləri açıqlanmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR