Əfqanıstanda hücum zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Əfqanıstanda hücum zamanı 1 nəfər ölüb, 2 nəfər yaralanıb
# 15 iyun 2020 15:02 (UTC +04:00)

Əfqanıstanın Qəndahar əyalətində iki hücum baş verib, nəticədə bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

APA-nın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisələrdən biri Ərqəndab rayonunun Minarə kəndində baş verib.

Hücum zanamı yerli polis rəisi və oğlu yaralanıb.

Qəndaharın rayonlarından birində baş verən ikinci hücum zamanı bir həkim həlak olub. Həkimin ailəsindən verilən məlumata görə, onun heç kəslə şəxsi düşmənliyi olmayıb.

Əfqanıstanın Qəndəhar əyalətində son vaxtlar hücumların sayı artıb. Bu cür hücumlarda hədəf çox vaxt təhlükəsizlik orqanlarının əməkdaşları olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR