"Hagibis" qasırğası Tokioda Tamaqava çayının daşmasına səbəb olub

"Hagibis" qasırğası Tokioda Tamaqava çayının daşmasına səbəb olub
# 12 oktyabr 2019 19:15 (UTC +04:00)

Yaponiyanın mərkəzində müşahidə olunan “Hagibis” qasırğası nəticəsində Tokiodan keçən Tamaqava çayının daşmasına səbəb olub.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, çayın daşması paytaxtın Setaqaya rayonunda baş verib. Uzunluğu 138 km olan Tamaqava çayı Yaponiyanın üç prefekturasından keçir. Çayın daşması nəticəsində Setaqayada bir çox iri ərazilər suyun altında qalıb, bəzi yerlərdə su yaşayış evlərinə yaxınlaşıb.

Qeyd edək ki, son məlumatlara görə, “Hagibis” qasırğası nəticəsində ən azı 2 nəfər ölüb, 3 nəfər itkin düşüb, 80-dən çox insan yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR