Hindistanda yol qəzasında 16 nəfər ölüb

Hindistanda yol qəzasında 16 nəfər ölüb
# 27 avqust 2019 12:19 (UTC +04:00)

Hindistanda 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın “Times of İndia”-ya istinadən verdiyi xəbərə görə, yol qəzası nəticəsində ən azı 16 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Ölənlər arasında 3 uşaq da var.

İnsident Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatının Şahcahanpur şəhərində baş verib.

Bildirilir ki, yüksək sürətlə hərəkət edən yük maşını iki avtomobilə çırpılaraq aşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR