Hindistanda ildırım vurması nəticəsində 17 nəfər ölüb

Hindistanda ildırım vurması nəticəsində 17 nəfər ölüb
# 18 sentyabr 2019 13:09 (UTC +04:00)

Hindistanın şərqində yerləşən Bihar ştatında ildırım vurması nəticəsində son 24 saat ərzində ən azı 17 nəfər həlak olub.

APA-nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, son iki gündə Biharda güclü yağışlar nəticəsində Qanq çayında suyun səviyyəsi təhlükəli həddə çatıb.

Şiddətli daşqınlar ştatın müəyyən ərazilərini su altında qoyub. Hindistanın Su Resursları üzrə Mərkəzi Komissiyası daşqın xəbərdarlığı edib.

Fəlakət bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR