Honkonqda parlament binasına hücuma görə 13 nəfər saxlanılıb

Honkonqda parlament binasına hücuma görə 13 nəfər saxlanılıb
# 04 iyul 2019 04:51 (UTC +04:00)

Honkonq polisi bazar ertəsi günü parlament binasına hücumda iştirak edən 13 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə “RTHK” telekanalı məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxslər 14-36 yaşlarında olan kişilərdir. Onlar soyuq silah gəzdirməkdə, qanunsuz toplanmaqda, polisə hücumda, eləcə də hüquq-mühafizə orqanları əməkdaşlarının xidməti fəaliyyətinə əngəl törətməkdə günahlandırılırlar.

Qeyd edək ki, iyulun 1-də yüzlərlə etirazçı parlament binası qarşısında qanunsuz aksiya keçirib. Daha sonra onlardan bəziləri binaya soxularaq orada ciddi ziyan törədiblər. Polisin gözyaşardıcı qazla müdaxiləsindən sonra aqressiv etirazçılar binadan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR